Azərbaycanın 4 idmançısı dopinqə görə cəzalandırıldı


Azərbaycanın 4 idmançısı dopinqə görə cəzalandırıldı


Azərbaycanın daha 4 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

Qaynarinfo Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, ağırlıqqaldırma üzrə yığmanın üzvü Rövşən Fətullayev 96 ay (8 il) müddətinə bütün yarışlardan kənarlaşdırılıb. "Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısından alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində xorionik qonadotropin (hCG) və morfin aşkarlanıb. Onun cəzası 18 yanvar 2018-ci il tarixindən qüvvəyə minib.

Boksçu İman Əhmədli orqanizmində meldonium maddəsi tapıldığı üçün 12 aylıq diskvalifikasiya olunub. Onun cəzası 5 mart 2018-ci il tarixindən hesablanır.

Voleybolçular - İftixar Abdullayev 24 ay, Sabina Saviç isə 48 ay müddətinə cəzalanıb. Orqanizmində betametazon maddəsi aşkarlanan İ.Abdullayevin cəzası 16 iyul 2018-ci il tarixindən qüvvəyə minib. Cəzası 22 may 2018-ci ildən hesablanacaq S.Saviç isə qadağan olunmuş metamfetamin (D-) və amfetamin maddələrindən istifadəyə görə sanksiya ilə üzləşib.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın daha 20 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu