"Qarabağ" - "Arsenal" oyununa artıq 20 min bilet satılıb


"Qarabağ" - "Arsenal" oyununa artıq 20 min bilet satılıb


Avropa Liqasında “Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına satılan bilet sayı açıqlanıb.

Ağdam klubunun rəsmi "Facebook" səhifəsində bildirildiyinə görə, artıq 20 min bilet sahibini tapıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), İticket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Qeyd edək ki, “Qarabağ” - ”Arsenal” oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu