Döyüş və futbol idman növü üzrə “Baku Open Cyber Cup” kompüter oyunları keçiriləcək


Döyüş və futbol idman növü üzrə “Baku Open Cyber Cup” kompüter oyunları keçiriləcək


“Baku Open Cyber Cup” turniri barədə danışan Azərbaycan Kiber İdman Federasiyasının rəhbəri Ramil Əliyev deyib ki, turnirin məqsədi kiber idmanın ölkəmizdə inkişafını təşviq etmək, gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompüter texnikasına marağını artırmaqdır.



O bildirib ki, “Baku Open Cyber Cup” çərçivəsində döyüş və futbol üzrə kompüter oyunları təşkil ediləcək. “Peşəkar hakimlərin idarə edəcəyi oyunlarda əvvəlcədən qeydiyyatdan keçərək iştirak etmək mümkün olacaq. Turnirin qalibləri isə Təşkilat Komitəsi tərəfindən mükafatlandırılacaq” - R.Əliyev vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu