Kung-Fu Federasiyasının paytaxtdan bölgələrə layihəsi uğurla icra edilir- FOTOLAR


Kung-Fu Federasiyasının paytaxtdan bölgələrə layihəsi uğurla icra edilir-


Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin, Azərbaycan Kung-Fu Federasiyasının dəstəyi, "Cənub" idman klubunun təşkilatçılığı ilə Cəlilabad Olimpiya İdman Kompleksində Kung-Fu döyüş növü üzrə açıq seminar keçirilib.



AFN xəbər verir ki, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin, rayon ictimaiyyətinin iştirak etdiyi seminarda "Cənub" idman klubunun direktoru Elvin Mustafayev Cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan bəhs edərək, gənc nəslin sağlam ruhda yetişməsi üçün Azərbaycanın bütün bölgələrində hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. Federasiyanın bu gün başlatdığı proqramın məhz Cəlilabad rayonundan start götürməsinin təsadüfü olmadığını deyən klub rəhbəri bundan sonra da yeniyetmə və gənclərin vətənimizə sağlam əsgər kimi yetişməsində çalışacağını qeyd edib.

Digər çıxış edənlər də öz növbələrində Azərbaycan Kung-Fu Federasiyasının rəhbəri Nurlan Aslanova belə bir möhtəşəm proqramı reallaşdırdığına görə təşəkkür ediblər.

Qeyd edək ki, Cəlilabad rayonunda keçirilən açıq məşqlərə 100 dən çox gənc və yeniyetmə qatılaraq öz texniki bacarıqlarını nümayiş etdiriblər. Sonda fərqlənən idmançılar Federasiyanın Fəxri diplomları ilə təltif ediliblər.Tələbələri yığma komandanın böyük məşqçisi Bəhruz Sadıqov və peşəkarlardan ibarət yığma komandanın baş məşqçisi Emil Hacıyev təltif edib.

Kung-Fu Federasiyasının paytaxtdan bölgələrə layihəsi uğurla icra edilir-

Kung-Fu Federasiyasının paytaxtdan bölgələrə layihəsi uğurla icra edilir-[/center]

Kung-Fu Federasiyasının paytaxtdan bölgələrə layihəsi uğurla icra edilir-


Kung-Fu Federasiyasının paytaxtdan bölgələrə layihəsi uğurla icra edilir-

Kung-Fu Federasiyasının paytaxtdan bölgələrə layihəsi uğurla icra edilir-

Kung-Fu Federasiyasının paytaxtdan bölgələrə layihəsi uğurla icra edilir-

Kung-Fu Federasiyasının paytaxtdan bölgələrə layihəsi uğurla icra edilir-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu