"Qarabağ" bu gün "Arsenal"la qarşılaşacaq


"Qarabağ" bu gün "Arsenal"la qarşılaşacaq


Bu gün "Qarabağ” avrokuboklarda növbəti oyununa çıxacaq.



AFN Qaynarinfoya istinadən xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində İngiltərə "Arsenal”nı qəbul edəcək.

Bu, "topçular”ın Azərbaycandan olan komanda ilə ilk qarşılaşması olacaq. "Qarabağ" isə bundan əvvəl bu ölkənin "Tottenhem” (0:1, 1:3) və "Çelsi” komandaları ilə üz-üzə gəlib.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinə məğlubiyyətlə başlayıb. Ağdam təmsilçisi Portuqaliyada "Sportinq”ə 2 cavabsız qolla yenilib. "Arsenal” isə evdə Ukraynanın "Vorskla” komandasını 4:2 hesabı ilə üstələyib.

Avropa Liqası
2018/19 mövsümü
II tur

20.55 Qarabağ (Azərbaycan) - Arsenal (İngiltərə)
Hakimlər: Davide Massa, Filippo Meli, Alessandro Kostantso, Fabiano Preti (Fransa).
Əlavə köməkçi hakimlər: Daniele Doveri, Mixael Fabri (Fransa).
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya).
UEFA nümayəndəsi: İstvan Huszar (Macarıstan).
Bakı Olimpiya Stadionu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu