Qurban Qurbanov komandasını müdafiə etməyə çalışdı: "...İnanmaq lazımdır"


Qurban Qurbanov komandasını müdafiə etməyə çalışdı:


Qələbə qazana bilməsək də, buna nail olmaq üçün bütün gücünü meydanda sərf etdiyinə görə futbolçularıma təşəkkür edirəm. Məğlub olsaydıq belə, onlardan razı qalacaqdım.

Bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 14-də Bakı Olimpiya Stadionunda Malta yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, futbolçularda müəyyən qədər gərginlik var idi. Ancaq epizodlara görə onlara hansısa iradlar bildirmədim. Bu gün qələbə qolunu vura bilmədik. Oyun sürətli keçdi, xeyli sayda hücumlar quruldu. Komandam sona qədər dayanmadan mübarizə apardı. Artıq futbolçularımız da 90 dəqiqə mübarizə aparmağa öyrəşiblər. Bu komandaya, futbolçulara inanmaq lazımdı. Onların hər biri kifayət qədər məsuliyyətlidirlər.

Qeyd edək ki, Azərbaycan-Malta oyunu 1:1 hesabı ilə başa çatıb.

Dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib.

Millimiz növbəti oyununu noyabrın 17-də Bakıda Farer Adaları yığmasına qarşı keçirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu