Həbib Makqreqorla revanş döyüşünə çıxmaqdan imtina etdi


Həbib Makqreqorla revanş döyüşünə çıxmaqdan imtina etdi


Rusiyalı idmançı Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla revanş döyüşünə çıxmaqdan imtina edib.

AFN publika.az-a istinadən xəbər verir ki,Rusiya KİV-inə, bu haqda rusiyalı döyüşçünün əmisi Aleks Nurməhəmmədov məlumat verib.

"İrlandiya döyüşçüsü yüngül çəkidə UFC çempionu üçün maraqlı deyil", - o bildirib.

Onun sözlərinə görə, Nurməhəmmədov bununla da 15 milyon dollarlıq təklifi geri çevirib. Aleks Nurməhəmmədov qeyd edib ki, qardaşı oğlu yüngül çəkidə Toni Ferqusonla döyüşmək istəyir.

Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.

Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu