Nurməhəmmədov və Makqreqor barədə qərar verildi


Nurməhəmmədov və Makqreqor barədə qərar verildi


ABŞ-ın Nevada ştatının Atletika Komissiyası bir müddət əvvəl yarışdan sonra bir-birinə hücum edən Konor Makqreqor və Həbib Nurməhəmmədov haqqında qərar verib.



"Ölkə.Az” xəbər verir ki, 10 günlük müvəqqəti uzaqlaşdırma qərarı səsvermə ilə uzadılıb. Komissiyadan verilən açıqlamaya əsasən, istintaq davam edir.

NSAC-ın nümayəndəsi Karolin Beytmen açıqlama verərək iki idmançı haqqında komissiyanın "Silahsız döyüşü təhqir etmək” və "İdmançı əxlaqına uyğun olmayan davranış” ittihamları ilə istintaq apardığını bildirib.

Beytmen açıqlamasında baş verənlərə Nurməhəmmədovun davranışlarının səbəb olduğunu iddia edib. Irqçi və İslamofobik davranışlar sərgiləyən Makqreqor üçün isə "qeyri-etik” ifadəsi işlədilib. Dekabr ayında keçiriləcək iclasda isə hər iki idmançının iştirakı vacibdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu