Güləşçimiz Eldəniz Əzizli dünya çempionu oldu


Güləşçimiz Eldəniz Əzizli dünya çempionu oldu


Macarıstan paytaxtında güləş üzrə dünya çempionatı davam edir.

Yunan-Roma güləşi üzrə yarışlarda 55 kiloqrama qədər çəki dərəcəsində Azərbaycanı təmsil edən Eldəniz Əzizli dünya çempionu adını qazanıb.

Finalda o, qırğızıstanlı idmançı Jolaman Şarşenbekova 10:0 hesabı ilə qalib gəlib. Qələbə üçün Eldənizə 1 dəqiqədən də az vaxt tələb olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu