Sahil Babayev boccia idman komandası ilə görüşüb


Sahil Babayev boccia idman komandası ilə görüşüb


Boccia idman növü üzrə paralimpiya komandamızın beynəlxalq yarışda ilk dəfə medal qazanması ötən dövrdə Azərbaycan paralimpiyaçılarının müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələrin boccia idman növü üzrə də davam etdirildiyini göstərir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu günlərdə İtaliyada keçirilən beynəlxalq səviyyəli Açıq Regional Çempionatda iştirak edərək bir qızıl, üç bürünc medal qazanmış boccia üzrə millimizin üzvləri ilə keçirilən görüşdə vurğulayıb.



Nazir komandanın üzvlərini ilk dəfə olaraq beynəlxalq səviyyəli yarışda uğur qazanmaları münasibəti ilə təbrik edib.

O diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə idmanın, o cümlədən paralimpiya hərəkatının inkişafına yüksək diqqət və qayğı göstərilir. Dövlət başçısının uğurlu sosial siyasətinin bir istiqaməti kimi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, aktiv həyat tərzinin təmin olunması, idman qabiliyyətlərinin dəstəklənməsi üçün aparılan geniş miqyaslı işlər ölkədə paralimpiya hərəkatının böyük uğurlara imza atmasına imkan yaradıb.

S.Babayev bildirib ki, son illərdə ölkəmizdə fiziki məhdudiyyətli insanların fiziki və zehni inkişafına kömək edən boccia idman növünə marağının artması müsbət tendensiyadır. Dövlət tərəfindən bu istiqamətdə ardıcıl dəstək verilməkdədir. Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşələrə yiyələnən fiziki məhdudiyyətli gənclər arasında bocciaya maraq göstərənlər bu idman növü üzrə hazırlığa cəlb olunur, bacarıqlarını artırmalarına şərait yaradılır. Boccia üzrə komandanın üzvləri Mərkəzin idman zalında müntəzəm məşqlər edir, yarışlara hazırlaşırlar.

Nazir qeyd edib ki, hazırda boccia üzrə millinin bir çox üzvləri, eyni zamanda İtaliyada keçirilən beynəlxalq səviyyəli Açıq Regional Çempionatda ölkəmizə qızıl medal qazandırmış Bəhruz Mirzəyev özü də əvvəllər Mərkəzə peşə təliminə cəlb edilən gənclərdəndir.

Boccia Federasiyasının baş katibi və boccia üzrə millinin baş məşqçisi İlham Məhərrəmov, komandanın üzvü Bəhruz Mirzəyev və komandanın digər üzvləri fiziki məhdudiyyətli insanların qayğı mühiti ilə əhatə olunmasına və paralimpiya hərəkatının genişlənməsi, o cümlədən bocia idman növünün də inkişafı üçün aparılan mühüm işlərə, göstərilən böyük dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə boccia üzrə millinin üzvlərinə nazirliyin hədiyyələri təqdim olunub.

Sahil Babayev boccia idman komandası ilə görüşüb

Sahil Babayev boccia idman komandası ilə görüşüb

Sahil Babayev boccia idman komandası ilə görüşüb

Sahil Babayev boccia idman komandası ilə görüşüb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu