Məşhur futbolçu həbs olundu


Məşhur futbolçu həbs olundu


Danimarka millisinin və Norveçin “Rusenborq” klubunun futbolçusu Niklas Bendtner həbs olunub.



Təcrübəli futbolçu taksi sürücüsünü vurmaqda təqsirli bilinir.

30 yaşlı hücumçu 50 gün həbs cəzasına məhkum edilib. Bundan başqa Bentdner zərərçəkən şəxsə 1000 funt-sterlinq təzminat ödəyəcək.

Məsələ burasındadır ki, Bentdner senytabr ayında taksi sürücüsünün məvacibini ödəməkdən imtina edib. Sürücü isə həmin an futbolçunu söyüb. Danimarkalı oyunçu isə onun çənəsini sındırıb.

Qeyd edək ki, Niklas Bentdner karyerası ərzində İngiltərənin “Arsenal” və İtaliyanın “Yuventus” klublarının da şərəfini qoruyub. (Yenicag.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu