"Qarabağ"ın futbolçusu həftənin oyunçusu seçilib


"Qarabağ"ın futbolçusu həftənin oyunçusu seçilib


Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun ən yaxşı futbolçusu müəyyənləşib.

Peşekar Futbol Liqasının saytında verilən məlumata görə, , "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev ən yaxşı futbolçu adına layiq görülüb.

Bolqarıstanlı oyunçu X turda "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub etdikləri matçda ilk qolun müəllifi olub.

Qeyd edək ki, həftənin futbolçusu “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir. Simeon Slavçev X turun rəmzi komandasında da yer alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu