İsveç futbolunda SƏS-KÜY SALAN AZƏRBAYCANLI-FOTO

Xəbərin çap versiyası
Tarix: 5-12-2018, 13:05    |    Xəbər oxunub: 521 dəfə
İsveç futbolunda


Bu gün xarici ölkələrdə uğur qazanan soydaşlarımızın fəaliyyəti digər soydaşlarımızın fəaliyyətinə böyük stimul verir. Gələcəkdə onların qazandıqları nüfuz güclü lobbimizin yaranmasına təsir göstərəcək. Artıq xaricdə yaşayıb uğur qazanan soydaşlarımızın sayı getdikcə artır. Bu gün istər idman, istər, mədəniyyət, istərsə də, başqa sahələrdə uğur qazanmış soydaşlarımız çoxluq təşkil edirlər. Belə uğur qazananlardan biri də İsveçin “Savedalen IF U-19” (yəni 19 yaşlılar) komandasında oynayan Ayxan Cabbarlıdır.



Ayxan Cabbarlı kimdir?

Ayxan Cabbarlı 2003-cü ildə Azərbaycanda anadan olub. 6 yaşından futbolla məşğul olmağa başlayıb. İlk komandası Bakıda “Türk Futbol Klubu“ olub. Sonralar “Bakı”, “Nefçi” futbol klublarında oynayıb. 2012-ci ildən İsveçdə yaşayır. Burada da bir neçə klubda məşqlər və oyunlar keçirib. Hazırda İsveçin “Savedalen IF U-19” klubunda oynayır.
Bu il klubu oynadıqları liqanın çempionu olub və əsas liqaya yüksəlib. Əsasən sağ və sol yarımmüdafiəçi mövqeyində oynayır.
Ayxan klubunda ən gənc oyunçudur. İndi liqa oyunlarında fasilə yarandığından,”İsveç“ kuboku oyunlarında oynayır. Qrup oyunlarında yaxşı nəticə göstərdiklərinə görə, növbəti mərhələyə keçiblər. Bu il sınaq imtahanlarından sonra İsveçin ikinci böyuk futbol məktəbinə qəbul olub. Ən əsası isə ölkəmizin millisinə (2-il öncə) dəvət alıb və oyunundan razı qalıblar. 16 yaşlılardan ibarət Azərbaycan milli komandasının heyətində bir neçə beynəlxalq oyunlarda iştirak edib. Millidə ilk məşqçisi Vüqar müəllim olub. İndi isə məşqçisi Azər müəllimdir.

Ayxan milliyə dəvət olunması ilə bağlı öz təəssüratlarını bölüşüb:

“Məni öz ölkəmin millisinə dəvət etdiklərinə görə, AFFA rəhbərliyinə və məşqçi korpusuna minnətdarlığımı bildirirəm. İsveçdə də çalışıram ki, ölkəmin adını və şərəfini layiqincə təmsil edim. Yeri gəlmişkən, bir məsələni sizlərə xatırlatmaq istəyirəm. Azərbaycan millisində oynamaq atamın ən böyük arzusu idi. Mənim Azərbaycan millisinin formasını geyinib və dövlət himnimizi oxumaq atamın böyük arzusu olub. Mən də atamın arzusunu reallaşdırdığıma görə çox sevindim. Doğrudan da çox böyük məsuliyyət və qürurdur. İsveçdə bir neçə klub mənimlə maraqlanır. Bundan əlavə, Türkiyənin “Beşiktaş “ klubunun diqqətindəyəm. Yəqin ki, 2019-cu ilin may ayında Türkiyədə baxışda olacam. Hələlik qərar verməyə vaxtım var. Futboldan başqa dərslərimlə də ciddi məşğulam. Gələn il idman gimnaziyasına qəbul olacağam. İnşallah, gələcəkdə Çempionlar Liqasında oynamağı arzulayıram. Əlbəttə ki, Azərbaycan millisində də öz mövqeyimi möhkəmləndirəcəm. Çünki mən azərbaycanlıyam”.

Elnur ELTÜRK

İsveç futbolunda

İsveç futbolunda





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Əli Həsənov Nazirlər Kabinetində iclas keçirdi

Əli Həsənov Nazirlər Kabinetində iclas keçirdi

Qurban Qurbanov AFFA-nın təzminatından imtina etdi

Qurban Qurbanov AFFA-nın təzminatından imtina etdi

Bakıda güclü külək gözlənilir-

Bakıda güclü külək gözlənilir- XƏBƏRDARLIQ

Dövlət himni ilə bağlı qadağa

Dövlət himni ilə bağlı qadağa

Erməni terrorçu Gəncədə hakim qarşısında

Erməni terrorçu Gəncədə hakim qarşısında

Büdcə kəsirinin yarısını gömrük örtəcək-

Büdcə kəsirinin yarısını gömrük örtəcək- İllik proqnoz 11 ayda icra olundu (Təhlil)

Məşhur müğənninin nəvəsi Bakıda arvadını 5-ci mərtəbədən atıb öldürüb-

Məşhur müğənninin nəvəsi Bakıda arvadını 5-ci mərtəbədən atıb öldürüb- VİDEO+FOTOLAR

Sabah bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Sabah bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Taksidə siqaret çəkənlər cərimələnəcəklər-

Taksidə siqaret çəkənlər cərimələnəcəklər- Qanun qüvvəyə mindi

Kiyevdə mərhum prezident Heydər Əliyevin anım mərasimi keçirilib

Kiyevdə mərhum prezident Heydər Əliyevin anım mərasimi keçirilib

Kərəm Həsənov Sumqayıtda vətəndaş qəbulu keçirəcək

Kərəm Həsənov Sumqayıtda vətəndaş qəbulu keçirəcək

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur