Azərbaycanlı şərhçi Türkiyə gündəmində- FOTOLAR


Azərbaycanlı şərhçi Türkiyə gündəmində-


Ötən gün Çempionlar Liqasında qrup mərhələsində son tura start verilib.



Minval.İnfo xəbər verir ki, günün maraqlı matçlarından biri D qrupunda baş tutub. Belə ki, burada “Qalatasaray” “Porto”nu qəbul edib. “Sarı-qırmızılar” rəqibinə 2:3 hesabı ilə uduzsalar da, mübarizəni Avropa Liqasında davam etidrəcəklər. “Lokomotiv”in səfərdə “Şalke”yə 0:1 hesablı məğlubiyyəti türklərə qitənin ikinci dərəcəli turnirində oyanamaq hüququ qazandırıb.

Matçın digər maraqlı məqamı isə həmyerlimiz Gündüz Abbaszadə ilə bağlıdır. Belə ki, “Qalatasaray” azarkeşləri Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən “Sarı-qırmızılar”a edilən haqsızlıq, qərəzli qərarlar, hakimlərin kluba düşmən kəsilməsi, bu səbəbdən alınan cəzalar, itirilən xallara etiraz olaraq Digitürk abunəliklərini ləğv edirlər.

Həm bu səbəbdən, həm anlaşılan dil, həm də şifrəsiz olduğu üçün “Qalatasaray” – “Porto” matçına CBC Sport kanalından baxan türkiyəli azarkeşlər oyunu şərh edən Gündüz Abbaszadə haqqında xoş sözlər yazıblar.

Qeyd edək ki, Gündüz Abbaszadə daha əvvəl də mükəmməl şərhləri ilə Türkiyə gündəmini zəbt etmişdi.

Həmin paylaşımlardan bir neçəsini təqdim edirik:

Azərbaycanlı şərhçi Türkiyə gündəmində-
Azərbaycanlı şərhçi Türkiyə gündəmində-
Azərbaycanlı şərhçi Türkiyə gündəmində-
Azərbaycanlı şərhçi Türkiyə gündəmində-
Azərbaycanlı şərhçi Türkiyə gündəmində-
Azərbaycanlı şərhçi Türkiyə gündəmində-
Azərbaycanlı şərhçi Türkiyə gündəmində-
Azərbaycanlı şərhçi Türkiyə gündəmində-
Azərbaycanlı şərhçi Türkiyə gündəmində-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu