Həbib Nurməhəmmədov azərbaycanlı futbolçuya müraciət etdi


Həbib Nurməhəmmədov azərbaycanlı futbolçuya müraciət etdi


UFC çempionu Həbib Nurməhəmmədov Moskva "Spartak"ının yeni transferi Ayaz Quliyevə müraciət edib.



AFN Qaynarinfoya istinadən xəbər verir ki, dağıstanlı döyüşçü bu barədə "Instagram" hesabında yazıb.

31 yaşlı idmançı 23 yaşlı azərbaycanlı yarımmüdafiəçinin ona bənzədilməsindən danışıb: "Ayaz, bax, məni pis vəziyyətdə qoyma. Sənə Həbib deyirlər. Ona görə də insanların üzərinə dəmir hasardan və stadiondan tullanma".

Qeyd edək ki, "Spartak" azarkeşləri Ayaz Quliyevi komandanın Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışdakı məşqində "Həbib, buraya gəl" deyə səsləyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu