AAAF parkda biabırçı olay- Qadın atletlərlə məşqçi arasında gərginlik yaranıb


AAAF parkda biabırçı olay-


Dünən AAAF parkda biabırçı hadisə baş verib.



Günpress.az-a daxil olan məlumata görə, ötən ilin yekunu ilə bağlı təşkil olunan tədbir zamanı AAAF Parkın həyətində insident baş verib.

Belə ki, qadınlardan ibarət milli komandanın məşqçisi Təranə Abbasova iki qadın atleti komandadan qovub. Bununla razılaşmayan idmançı qadınlar məşqçi Təranə Abbasovanın üzərinə hücum çəkib. Məşqçiyə hücum edənlərdən biri Elnarə adlı atletdir.

O da bildirilib ki, səsə gələn AAAF üzvləri və AAAF park sakinləri insident tərəflərini ayırıblar. Məşqçidən hadisənin səbəbi ilə bağlı soruşulan AAAF rəsmilərinə iki atletin qeyri-etik hərəkət etməsi və bu səbəbdə komandadan uzaqlaşdırıldığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu