BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

Xəbərin çap versiyası
Tarix: 15-02-2019, 16:59    |    Xəbər oxunub: 646 dəfə
BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb


Bakı Nəqliyyat Agentliyi (BNA) ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (ARMPK) arasında memorandum imzalanıb. Sənədi Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi prezidenti İlqar Rəhimov imzalayıblar. Sənəd, Agentlik və Komitə arasında nəqliyyat dəstəyi və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı əhatə edir.



Memoranduma əsasən BNA Komitənin təşkil etdiyi idman tədbirləri və yarışlar zamanı idmançıları ehtiyac olan nəqliyyat vasitəsi ilə ödənişsiz təmin edəcək. Bundan əlavə, 10-15 may 2019-cu il tarixləri ərzində ölkəmizdə keçirilən beynəlxalq “Bakı 2019 Qran-Pri” yarışında xarici və yerli idmançıların nəqliyyat vasitəsi ilə təmin edilməsini BNA öz üzərinə götürür.

Tədbirdə çıxış edən Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli fiziki imkanları məhdud şəxslər üçün nəqliyyat xidmətlərinin əlçatan olması ilə bağlı görülən işlərdən danışıb. Vurğulayıb ki, əhaliyə, xüsusən də fiziki imkanları məhdud şəxslərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun nəqliyyat xidmətlərinin göstərilməsi daim dövlətin diqqət mərkəzindədir. Dövlət başçısının tapşırığına əsasən Agentlik tərəfindən son üç ildə bu istiqamətdə mühüm layihələr həyata keçirilib. Əlilliyi olan şəxslərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə avtobuslarda uyğun şəraitin olmasına dair tələblər müəyyənləşdirilib. Hazırda Bakı şəhərində 23 müntəzəm marşrut xətti üzrə 540-a yaxın sərnişin avtobusunda əlil arabası üçün xüsusi mexanizm var. Həmçinin, bu avtobuslarda əlillər üçün ayrıca yerlər nəzərdə tutulub. Yeni gətiriləcək 300 ədəd avtobusda da fiziki imkanları məhdud şəxslərin rahatlığı üçün uyğun şərait var. İlk dəfə olaraq Bakı şəhərində fiziki imkanları məhdud şəxslərin küçə-yol şəbəkəsindən rahat istifadəsini təmin etmək məqsədi ilə səkilərdə pandusların quraşdırılmasına başlanılıb. 2017-ci ilin dekabrında başlanılan işlər hazırda davam etdirilir. Artıq 70 küçə və 229 kəsişmədə pandus quraşdırılıb. “Sovetski” layihəsi çərçivəsində salınan yollarda görmə imkanları məhdud şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi səs siqnalları ilə təchiz edilən svetoforlar quraşdırılıb. Digər yollarda da bu tip svetoforların quraşdırılması nəzərdə tutulub. “İdeal səki” layihəsi çərçivəsində səkilərə görmə imkanları məhdud şəxslərin rahat və təhlükəsiz hərəkətinə imkan verən hiss edilə bilən (tactile) örtüklərin vurulması planlaşdırılır.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi prezidenti İlqar Rəhimov isə nəqliyyat xidmətlərinin əlilliyi olan şəxslər üçün əlçatanlığının təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi tədbirlərin əhəmiyyətli olduğunu bildirib. Görülən işlər əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərir. Bu işlərin həyata keçirilməsində Milli Paralimpiya Komitəsinin mütəxəssislərinin yaxından iştirak etməyə hazır olduğu qeyd edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Əflatun Amaşovdan Fuad Abbasovun saxlanılmasına münasibət

Əflatun Amaşovdan Fuad Abbasovun saxlanılmasına münasibət

XİN:

XİN: Ermənistan "Arsenal"ın erməni futbolçusundan öz təxribatçı məqsədləri üçün istifadə edir

Zelenski Ali Radanı buraxmaq səbəbini açıqladı

Zelenski Ali Radanı buraxmaq səbəbini açıqladı

Hesablama Palatasına yüksək səlahiyyət verilir

Hesablama Palatasına yüksək səlahiyyət verilir

Avropa İttifaqının nümayəndələri Mingəçevir şəhərində tvininq layihəsinin nəticələri ilə tanış olublar

Avropa İttifaqının nümayəndələri Mingəçevir şəhərində tvininq layihəsinin nəticələri ilə tanış olublar

Deputat:

Deputat: "Statistika Komitəsinin sədri bazara gedir ya yox?"

Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verib

Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verib

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib

Meriya vətəndaşların

Meriya vətəndaşların "Tarqovı"ya girişinin qadağan edilmə xəbərinə reaksiya verdi

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

Şəkidə Beynəlxalq Keramika Simpoziumunun açılış mərasimi baş tutub-

Şəkidə Beynəlxalq Keramika Simpoziumunun açılış mərasimi baş tutub- FOTOLAR

Sabunçu bazarında yanğın -

Sabunçu bazarında yanğın - FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur