Cavid Qurbanovun çempionatında rəzalət- Oyun hakimsiz keçirildi


Cavid Qurbanovun çempionatında rəzalət-


Azərbaycan voleybolunda biabırçı hadisə baş verib.



Yenicag.az xəbər verir ki, ölkə çempionatı çərçivəsində keçirilən “Lokomotiv” – U-19 matçı peşəkar hakimlər olmadan keçirilib.

Belə ki, hakimlər maaşlarını ala bilmədikləri üçün çempionatı boykot ediblər. Bu səbəbdən qarşılaşmanı “Lokomotiv”in məşqçisi idarə edib. Oyunun xətt hakimləri isə ümumiyyətlə olmayıb.

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur. O, bu posta 2016-cı ilin oktyabrında seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu