Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi VİDEO


Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi


"Mir 24” telekanalı azərbaycanlı fitnes model Cia haqqında maraqlı süjet nümayiş etdirib.

Oxu.Az xəbər verir ki, süjetdə diplomlu fitnes məşqçinin iki tonluq avtomobili yerindən tərpətdiyi əks olunub.

Bundan öncə isə Cia "Kamaz” markalı avtomobili yerindən çəkməyi bacarıb.

"Kişilər qadınların güclü olmadıqlarını iddia edirlər. Mən isə onların səhv fikirdə olduqlarını sübuta yetirmək istəyirəm”, - deyə Cia bildirib.

Deyib ki, o, idman zalından daha çox fotostudiyada tər tökür:

"Mənim ən böyük arzum özümü dünyaca məşhur dərgilərin üz qabığında görməkdir”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu