UEFA Bakı finalındakı azarkeş sayını açıqladı


UEFA Bakı finalındakı azarkeş sayını açıqladı


UEFA Avropa Liqasının dünən Bakı Olimpiya Stadionunda keçirilən final oyununu arenadan izləyən azarkeşlərin sayı açıqlayıb.

Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin "Çelsi" və "Arsenal" klubları arasındakı matçı stadionda 51370 nəfər tamaşaçı izləyib.

Bu, son 10 ildə Avropa Liqası finallarında azarkeş sayına görə ən yaxşı üçüncü göstəricidi. İlk iki yerdə isə ötən il Lionda keçirilən "Marsel" - "Atletiko" (0:3, 55768 tamaşaçı) və 2012-ci ildə Buxarestdə baş tutan "Atletiko" - "Atletik" (3:0, 52347 tamaşaçı) finalları qərarlaşıb.

Qeyd edək ki, "Çelsi" - "Arsenal" oyunu birincilərin 4:1 hesablı qləbəsi ilə yekunlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu