"Liverpul" 6-cı dəfə Çempionlar Liqasını qazandı


"Liverpul" 6-cı dəfə Çempionlar Liqasını qazandı


Çempionlar Liqasının qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, bununla 2018-19 mövsümünə rəsmən yekun vurulub.



AFN Matç.az-a istinadən xəbər verir ki, həlledici qarşılaşmada İngiltərə klubları - "Tottenhem”lə "Liverpul" üz-üzə gəlib. İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda baş tutan görüşə erkən qolla başlayan Yurgen Kloppun yetirmələri sona yaxın daha bir dəfə fərqlənərək, ÇL-in qalibi olub.

Beləliklə, "Tottenhem" tarixində ilk dəfə yüksəldiyi finalda uduzubsa, "Liverpul" 6-cı dəfə kuboku muzeyinə aparıb. "Qırmızılar" buna qədər 1976–77, 1977–78, 1980–81, 1983–84 və 2004–05 mövsümündə bu titula yiyələnib.

Çempionlar Liqası
Final
1 iyun

"Tottenhem” – "Liverpul” - 0:2
Qollar: Məhəmməd Salah, 2 (pen.); Divok Origi, 87
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan və Mateo Laos (Sloveniya)
Madrid. "Vanda Metropolitano" stadionu.

"Tottenhem" (İngiltərə): 1. Uqo Lyoris (k), 2. Kiran Trippier, 3. Denni Rouz, 4. Tobi Alderveyreld, 5. Yan Vertongen, 7. Hun Min Son, 8. Harri Uinks, 10. Harri Keyn 17. Mussa Sissoko, 20. Dele Alli, 23. Kristian Eriksen
Ehtiyat oyunçular: 13. Maykl Vorm, 22. Paulo Qazzaniqa, 6. Devinson Sançes, 11. Erik Lamela, 12. Viktor Vanyama, 15. Erik Dayer, 16. Kayl Uolker-Peters, 18. Fernando Lyorente, 21. Juan Foit, 24. Serje Oyer, 27. Lukas Moura, 33. Ben Deyvis
Baş məşqçi: Mauritsio Poçettino

"Liverpul" (İngiltərə): 13. Alisson Beker, 3. Fabinyo, 4. Vircil va Deyk, 5. Corcino Veynaldum, 9. Roberto Firmino, 10. Sadio Mane, 11. Məhəmməd Salah, 14. Cordan Henderson (k), 26. Endryu Robertson, 32. Joel Matip, 66. Trent Aleksander-Arnold
Ehtiyat oyunçular: 22. Simon Minyole, 62, Kyuvin Kelleher, 6. Deyan Lovren, 7. Ceyms Milner, 12. Co Qomes, 15. Daniel Starric, 18. Alberto Moreno, 20. Adam Lallana, 21. Aleks-Oksleyd Çamberlayn, 23. Xerdan Şakiri, 24. Rian Bryuster, 27. Divok Origi
Baş məşqçi: Yurgen Klopp



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu