Bu gün Azərbaycan yığması seçmə turnirdə ilk oyununu keçirəcək


Bu gün Azərbaycan yığması seçmə turnirdə ilk oyununu keçirəcək


21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.



Milan Obradoviçin baş məşqçi olduğu kollektiv səfərdə Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Eşen şəhərindəki "Sportpark Eschen Mauren" stadionunda keçiriləcək oyunu Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşdən əvvəl 1990 - 2007-ci illərdə UEFA-nın prezidenti olmuş Lennart Yohanssonun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu