Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib - VİDEO+FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 11-06-2019, 17:50    |    Xəbər oxunub: 763 dəfə
Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib -


Tovuz şəhər mərkəzi stadionunda AFFA-nın və Tovuz rayon icra hakimiyyətinin təşkilatçılığı və millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir Tovuzda keçirilmişdir Tədbirdə rayonun 15 məktəbindən 150 şagird iştirak etmişdir. İştirakçılara 60 ədəd top və 150 ədəd futbol forması təqdim olunmuşdur.



Tədbirin açılışında millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Sabir Hacıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov iştirak ediblər. Tədbiri rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov açmışdır və çıxış edərək bu layihənin keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir demişdir, layihə və layihənin əhəmiyyəti haqqında məlumat vermişdir. Tədbirdə çıxış edən millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, millət vəkili Sabir Hacıyev bildirmişlər ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir və bu kimi tədbirlərin, layihələrin keçirilməsinin əhamiyyətini vurğulamışlar.

Tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva belə bir layihənin Tovuzda keçirilməsi üçün AFFA-ya təşəkkür edib və bu cür layihələrin, tədbirlərin bölgələrimizdə keçirilməsinin vacibliyini qeyd etmişdir. Millət vəkili Q.Paşayeva bildirmişdir: "Zəngin ənənələri olan Tovuz futbol məktəbi özünün yetirmələri, sadiq azarkeşləri və digər məziyyətləri ilə həmişə seçilib. Mən sevinc hissi ilə demək istərdim ki, ölkəmizdə Futbol Akademiyası yaxın günlərdə məhz Tovuzda açılacaq. Bu, həm rayon və bölgə üçün, həm də, ümumən respublikamız üçün əlamətdar hadisədir. Bunun üçün cənab Prezidentə və AFFA-ya bütün tovuzlular adından dərin təşəkkürümü bildirirəm. Eyni zamanda bu gün bu tədbirin həyata keçirilməsində əməyi keçənlərin hamısına təşəkkür edirəm." Millət vəkili Q.Paşayeva bu cür layihələrin bölgələrdə istedadlı uşaqların aşkar edilərək yetişdirilməsinə kömək edəcəyinə inandığını deyib və mütəxəssisləri, məşqçiləri və müəllimləri kəndlərdə futbol üzrə istedadlı uşaqların axtarılması, onların üzərində daha çox çalışmağa, onların yaxşı oyunçu kimi yetişməsi istiqamətində daha çalışmağa çağırıb. Millət vəkili hamımız daha çox istedadlı uşaqların üzə çıxmasına, yaxşı peşəkar kimi yetişmələri üçün onlara daha çox dəstək olmalıyıq deyib. Millət vəkili Q.Paşayeva Tovuzda belə bir layihənin əhəmiyyətini bir daha vurğulayaraq milli futbolumuza öz töhfəsini verəcəyinə inandığını deyib.

Tədbirdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları paylanılıb. Tədbirdə uşaqlar əyləncəli futbol nümayiş etdiriblər. Tədbirin sonunda müxtəlif kəndlərdən gəlmiş uşaqlar, gənclər və onların idman müəllimləri və məşqçiləri ilə söhbət və fikir mübadiləsi aparılıb, onları maraqlandıran sualları cavablandırılıb.

Tədbirdə millət vəkili Q.Paşayevanın çıxış videosunun linkini burdan izləyə bilərsiniz.



Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib -
Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib -
Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib -
Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib -





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Ermənistanın öz adından qondarma “dqr”ə aid məktub yollaması ilk dəfə deyil-

Ermənistanın öz adından qondarma “dqr”ə aid məktub yollaması ilk dəfə deyil- ekspert

Ərdoğan Putinə zəng etdi

Ərdoğan Putinə zəng etdi

"Bandotdel"in tutduğu "bariqalar"larla səmimi fotosu yayılan polisləri Vilayət Eyvazov CƏZALANDIRDI - FOTO

Növbəti tender müəmması:

Növbəti tender müəmması: yayın cırhacırında "bahar satınalması"...

Fransa Azərbaycana yeni səfir təyin etdi

Fransa Azərbaycana yeni səfir təyin etdi

Sabah hava bir qədər sərin olacaq

Sabah hava bir qədər sərin olacaq

Səfir: “Hökumətin verdiyi son qərar tamamilə Hindistanın yenidən qurulmasının daxili məsələsidir”

Səfir: “Hökumətin verdiyi son qərar tamamilə Hindistanın yenidən qurulmasının daxili məsələsidir”

Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib -

Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib - VİDEO

Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub

Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub

Paytaxtın küçə və prospektlərində yol nişanları yenilənir

Paytaxtın küçə və prospektlərində yol nişanları yenilənir

Qayınatasını döyən beşqat dünya çempionumuz hakim qarşısına çıxarıldı

Qayınatasını döyən beşqat dünya çempionumuz hakim qarşısına çıxarıldı

Əliyev və Paşinyanın operativ əlaqəsi iflic olub -

Əliyev və Paşinyanın operativ əlaqəsi iflic olub - TƏHLİL

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur