Avropa Çempionatına Azərbaycandan kimlər yollanacaq?

Xəbərin çap versiyası
Tarix: 13-06-2019, 12:35    |    Xəbər oxunub: 529 dəfə
Avropa Çempionatına Azərbaycandan kimlər yollanacaq?


İyunun 17-dən 23-dək İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək.

Qitə birinciliyində güləşin hər 3 növü üzrə müvafiq yığmalarımız çıxış edəcək. Bununla əlaqədar olaraq bu gün millilərimizlə görüş baş tutub. Olimpiya Güləş Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidentləri - Elçin Cəfərov, Firdovsi Umudov və Namiq Abdullayev yeniyetmə güləşçilərə öz tövsiyələrini və tapşırıqlarını çatdırıb, sonadək mübarizə aparmalarının, məşqçilərin sözlərinə riayət etmələrinin vacibliyini dilə gətiriblər. Eyni zamanda bütün idmançılarımıza məsul yarışda uğurlar arzulanıb.

Daha sonra AGF-nin baş katibi Orxan Məmmədov Avropa çempionatında iştirak edəcək heyəti açıqlayıb.

Qitə birinciliyində mübarizəyə yunan-Roma güləşçiləri start verəcək. Böyük məşqçi Taleh İsrafilov və Nazim Əhmədovun rəhbərliyi altında Fərid Sadıqlı (45 kq), Məlik Əliyev (48 kq), Nihad Quluzadə (51 kq), Nihad Məmmədli (55 kq), Əli Alıyev (60 kq), Xasay Həsənli (65 kq), Allahverdi Əliyev (71 kq), Əlisəftər Məmmədli (80 kq), Laçın Vəliyev (92 kq) və Əli Fərmanov (110 kq) ölkəmizi Faenzada təmsil edəcək.

Qızların yarışında böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun tapşırıqlarını Zenfira Həşimova (43 kq), Lalə Mirzəyeva (46 kq), Gültəkin Şirinova (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq) və Nigar Mirzəzadə (65 kq) yerinə yetirəcək.

Avropa çempionatının son günündə xalçaya sərbəst güləşçilər çıxacaq. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında Murad Haqverdiyev (45 kq), Ramik Heybətov (48 kq), Kənan Heybətov (51 kq), Zirəddin Bayramov (55 kq), Sabir Cəfərov (60 kq), Cəbrayıl Hacıyev (65 kq), Məhəmmədəli Əliyev (71 kq), Abdulcəlil Şabanov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) uğur qazanmağa çalışacaq.

Qitə birinciliyində beynəlxalq dərəcəli hakim Kamran Əliyev ədaləti qoruyacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub

Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

Gənclər üçün növbəti festival keçirilib -

Gənclər üçün növbəti festival keçirilib - FOTOLAR

Qəbələdə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Qəbələdə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Prezident 6 hərbçiyə general rütbəsi verdi -

Prezident 6 hərbçiyə general rütbəsi verdi - SƏRƏNCAM

Lənkəran universitetində hava çatışmazlığı:

Lənkəran universitetində hava çatışmazlığı: 7 tələbə qız xəstəxanalıq oldu

Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu -

Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu - FOTOLAR

Şirməmməd Hüseynov vəfat etdi

Şirməmməd Hüseynov vəfat etdi

Gəncədə

Gəncədə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə başlayıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

Azercell-dən #Hədiyyə

Azercell-dən #Hədiyyə

Ağdaşda içməli su təchizatı ilə bağlı layihə yekunlaşmaq üzrədir

Ağdaşda içməli su təchizatı ilə bağlı layihə yekunlaşmaq üzrədir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur