"FF" döyüş təşkilatının ən güclülərinin qalibi


"FF" döyüş təşkilatının ən güclülərinin qalibi


22.06.2019-cı ildə Çinin Pekin şəhərində FF döyüş təşkilatının ən güclüləri arasında təşkil olunmuş döyüş gecəsində Azərbaycanı 3 qat dünya ve 11 qat Avropa, Azərbaycan çempionu, 2 dəfə prezident mükafatçısı, Azərbaycan milli yığma komandasının kapitanı Ramal Lord Aslanov təmsil edirdi.



Ramal 2016-cı ildə FF liqasının çempionu olmuşdur. Ve bu il yenidən həmin turnire dəvət aldı. Rəqib Glory versiyası üzrə dünya çempionu Xu Liu idi. Gərgin keçən qarşılaşmada Temsilçimiz güclü Glory döyüşçüsünü məğlub etdi. Peşəkar ringdə 39-cu döyüşünü keçirən Lord ləqəbli döyüşçümüz 34-cü qələbəsini qazandı. Bu qələbəyə görə öz məşqçisi əməkdar məşqçi Hakim Hacıyevə və AKF-in prezidenti millət vəkili Adil Aliyevə təşəkkürünü bildirdi.

"FF" döyüş təşkilatının ən güclülərinin qalibi
"FF" döyüş təşkilatının ən güclülərinin qalibi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu