"Qarabağ" İrlandiya çempionuna qarşı


"Qarabağ" İrlandiya çempionuna qarşı


Bu gün "Qarabağ” Çempionlar Liqasında növbəti oyununu keçirəcək.



Azərbaycan çempionu İrlandiyada "Dundalk”ın qonağı olacaq. "Oriel Park” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.

I təsnifat mərhələsində Albaniyanın "Partizani" klubunu mübarizədən kənarlaşdıran Qurban Qurbanovun komandası bu rəqibi də keçmək niyyətindədi. Bunun üçün "Qarabağ" səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq.

"Dundalk" Azərbaycan təmsilçisi ilə qarşılaşan ilk İrlandiya klubu kimi tarixə düşəcək. Bu rəqib I təsnifat mərhələsində Latviya "Riqa”sını penaltilər seriyasında üstələyib - 5:4.

Son 5 mövsümdə avrokuboklarda qrupa düşməyi bacaran "Qarabağ”ın heyətində zədəli Bədavi Hüseynov meydana çıxa bilməyəcək. Əvəzində yeni transferlər - cinah müdafiəçisi Faysal Rerrars və hücumçu Maqaye Qeye İrlandiya çempionu ilə görüşlər üçün sifariş olunublar.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 31-də Bakıdakı "Dalğa Arena”da keçiriləcək. Matç saat 21.00-da start götürəcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun

24 iyul
22.45 Dundalk (İrlandiya) - Qarabağ (Azərbaycan)
Hakimlər: Bartoş Frankovski, Marçin Bonyek və Yakub Vinkler, Daniel Stefanski (Polşa).
Hakim-inspektor: Peter Froydfeldt (İsveç).
UEFA nümayəndəsi: Şarl Şak (Lüksemburq).
Dundalk. "Oriel Park” stadionu. (Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu