Beynəlxalq nüfuza malik "Abu Dhabi national Pro" ilk dəfə Azərbaycanda keçirilib - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 5-08-2019, 00:29    |    Xəbər oxunub: 737 dəfə
Beynəlxalq nüfuza malik "Abu Dhabi national Pro" ilk dəfə Azərbaycanda keçirilib -

Bakıda yerləşən "Sərhədçi" idman və olmpiya mərkəzində idmanın Braziliya Ciu-Citsu növü üzrə beynəlxalq turnir keçirilib.

AFN xəbər verir ki, çempionatda dünyanın 13 ölkəsindən 30 komandanın idmançıları iştirak ediblər. Ümumilikdə 172 idmançının gücünü sınadığı yarışda müxtəlif çəki dərəcələri və kəmər sahibləri birincilik uğrunda mübarizə aparıb.
Tədbirin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirinin Protokol rəisi Şiraslan Kərimov ölkə rəhbərliyinin idmana ayırdığı diqqət və qayğıdan danışıb. İdmana diqqətin ümummilli lider Heydər Əliyevin yolu olduğunu vurğulayan nazirlik rəsmisi bu yolun bu gün də layiqincə davam etdirildiyindən danışıb.
Daha sonra çıxış edən dünyanın tanınmış Braziliya Ciu-Citsu məktəblərindən sayılan “Ludus” məktəbinin təsisçisi və rəhbəri Braziliya Ciu-Citsu idman növü üzrə 3-cü dan qara kəmər sahibi Aleksandr Deda Faria Azərbaycanda da bu idman növünün artıq kifayət qədər tanınmasından və günü-gündən populyarlaşmasından danışıb. Daha sonra o da Azərbaycan Dövlətinin bu yarışın keçirilməsi üçün öz dəstəyini əsirgəməməsindən məmnunluq hissi duyduğunu deyib.
Bundan sonra isə Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov tədbirlə bağlı öz təəssüratlarını paylaşaraq Azərbaycan idman tarixində bir ilkə imza atdıqlarını deyib. "Bu gün bu cür beynəlxalq və mötəbər turnirin Azərbaycanda keçirilməsi məhz dövlətin apardığı idman siyasətinin bir nəticəsidir ki, bu gün biz də bundan bəhrələnirik. Azərbaycanda idmana olan diqqət və qayğı beynəlxalq federasiyaların da bu cür turnirləri ölkəmizdə keçirməyə can atmasına səbəb olur. Braziliya Ciu-Citsu idman növü üzrə belə böyük bir turnirin Azərbaycanda keçirilməsinə nail olduğumuz üçün özümüzü çox xoşbəxt hiss edirik. Çünki biz bu sahədə bir ilkə imza atmışıq."
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin İdman İdarəsinin rəisi Füzuli Musayev də fəxri qonaqlar arasında idi. O da açılış mərasimində çıxış edərək Azərbaycanda bu idman növünə marağın artaraq davam etməsindən və qısa vaxt ərzində azərbaycanlı idmançıların əldə etdiyi böyük nailiyyətlərdən danışaraq onlara gələcək də də uğurlar arzulayıb.
Bundan sonra tədbirdə "Suvar" ləzgi xalq ansamblının ifasında milli rəqslər nümayiş etdirilib. Məşhur müğənnilər Roza Zərgərli və Məryəm Şabanova da öz ifaları ilə tamaşaçıların qarşısında çıxış ediblər.
Onu da qeyd edək ki, Braziliya Ciu-Citsu idman növü üzrə beynəlxalq yarış və turnirlərin keçirilməsi bir neçə nüfuzlu qurumun əlində cəmləşmişdir ki, bunlardan biri də Əbu Dabi Federasiyasıdır. Azərbaycanda isə bu idman növü üzrə artıq neçə illərdir ki, yerli yarış və çempionatlar keçirilməsinə baxmayaraq ölkəmiz bu dman növü üzrə ilk dəfədir ki, belə böyük bir turnirə ev sahibliyi edir. Yəni ilk dəfə olaraq ölkəmizdə "Abu Dhabi national Pro" yarışı keçirilir. Belə mötəbər yarışın ölkəmizdə keçirilməsində Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin böyük rolu olub.
Məlumat olaraq onu da qeyd edək ki, Braziliya Ciu-Citsu idman növünü ilk dəfə gətirən Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənovdur. Onun bu idman növünün ölkəmizdə yayılmasında müstəsna xidmətləri var. Artıq uzun illərdir ki, bu idman növünün ölkəmizdə populyarlıq qazanması üçün əlindən gələni edən Taleh Həsənov ictimai birliyi təsis edərək yüzlərlə tələbənin yetişməsinə, müxtəlif turnirlərdə ölkəmizi layiqli şəkildə təmsil etməsinə nail olub.
Bundan başqa "Abu Dhabi International Pro" kimi mötəbər turnirin ölkəmizdə keçirilməsi üçün ictimai birliyin sədrinin birinci müavini Rəsul Məmmədovun, ictimai birliyin prezidenti Aqil Acalovun, ictimai birliyin birinci vitse-prezidenti Murad Cəfərovun, ictimai birliyin mədəniyyət üzrə vitse-prezidenti Zavir Nəcəfovun da böyük əməyi keçib.
Tədbirdən sonra yarış üçün Azərbaycana gələn idmançılar öz güclərini sınamağa başlayıblar. Yarışın sonunda komanda hesab ilə Azərbaycan komandası birinci yerə çıxıb və təltif olunub.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]

Diqqətinizi çəkə biləcək digər xəbərlər
İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib -

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Bakı polisi:

Bakı polisi: "Neftçi" azarkeşlərini stadiondan polis çıxartmayıb"

Ağdaşın icra başçısının sərvəti açıqlandı-

Ağdaşın icra başçısının sərvəti açıqlandı- SİYAHI+ŞİKAYƏT

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

Energetika naziri vətəndaşları qəbul edib -

Energetika naziri vətəndaşları qəbul edib - FOTOLAR

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bugünkü hərracda

Bugünkü hərracda 17 dövlət əmlakına 28 sifariş verilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 
Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur