"Qarabağ"ın pley-offdakı potensial rəqibləri məlum oldu


"Qarabağ"ın pley-offdakı potensial rəqibləri məlum oldu


Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.



UEFA-nın Nyondakı qərargahında keçirilən tədbirdə 3-cü mərhələdə mübarizə aparacaq APOEL - "Qarabağ” cütünün qalibinin potensial rəqibləri də müəyyənləşib.

Səpələnməmişlər səbətində yer alan cütlüyün qalibi PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) cütünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.

APOEL (Cənubi Kipr) – Qarabağ (Azərbaycan) cütünün qalibi // PAOK (Yunanıstan) - Ayaks (Hollandiya) cütünün qalibi

APOEL - "Qarabağ” cütünün məğlubu isə Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq. Bu zaman həmin komanda "səpələnmişlər" səbətində yer alacaq. Rəqib isə "səpələnməmişlər" səbətində yer alan, Avroliqanın 3-cü təsnifat mərhələsindəki bu cütlüklərdən birinin qalibi olacaq:

Sutyeska (Çernoqoriya) - Linfild (Şimali İrlandiya)
Ludoqorets (Bolqarıstan) - TNS (Uels)
Sarayevo (Bosniya və Herseqovina) - BATE (Belarus)
Astana (Qazaxıstan) - Valletta (Malta)
Slovan (Slovakiya) - Dundalk (İrlandiya) (Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu