Aqil Acalov: "Qazandığımız bütün nailiyyətlərin arxasında güclü Azərbaycan dövləti dayanır"

Xəbərin çap versiyası
Tarix: 10-08-2019, 15:02    |    Xəbər oxunub: 542 dəfə
Aqil Acalov:


Son illər Azərbaycan mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə idman dövləti olduğunu uğurla bütün dünyaya sübut etməkdədir. Bu gün qazandığımız bütün nailiyyətlərin arxasında güclü Azərbaycan Dövləti və uğurlu siyasət dayanır.



AFN xəbər verir ki, bu sözləri Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov deyib. O qeyd edib ki, ümummilli liderimiz hakimiyyətə qayıtdıqdan sonra Respublika Gənclər və İdman Nazirliyinin, ardınca İdman Fondunun yaradılması bədən tərbiyəsi və idman sahəsində ciddi dönüş yaratdı:

"Ulu öndərin bu sahədə həyata keçirdiyi siyasət həmin dövrdən İlham Əliyevin Milli Olimpiya Komitəsinə sədr seçilməsi ilə yeni potensial və mühüm mərhələyə qədəm qoydu. İdman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallaşmasına yaradılan imkanlar müstəqil respublikamızda idmanın inkişafı ilə bağlı perspektivli ideyaların daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi. Bu sahəyə qoyulan sərmayələr, maddi - texniki bazanın möhkəmləndirilməsi və idmançılara dövlət qayğısının artırılması istiqamətində görülən işlər və atılan addımlar ilk dövrlərdən bəhrəsini verməyə başlamışdır.
Bu məqamda ulu öndər Heydər Əliyevin artıq illərdir reallıqda öz əksini tapmış "Ölkəmizdə bədən tərbiyəsi və idmanı ümumxalq hərəkatına çevirməliyik" ifadəsini xatırlatmaq istərdim. Belə ki, bugün həqiqətən aparılan düzgün siyasətin və dövlətin idmana qayğısının nəticəsi olaraq bu sahədə kütləviliyin artmasına təkan verilmiş və gəncliyin sağlam inkişafı stimullaşdırılmışdır.
Ötən illər ərzində yüksək səviyyədə ev sahibliyi etdiyimiz yerli və beynəlxalq tədbirlər idman dövləti kimi statusumuzu möhkəmləndirilməyə şans yaratmış və ölkəmiz bu sınaqlardan uğurla çıxmışdır. Məhz təşkilati baxımdan yüksək imkanların olması bu kimi bir sıra tədbirlərin məhz Azərbaycanda keçirilməsinə şərait yaratmışdır. Bu həm böyük məsuliyyətdir, həm də uğurlu təşkilati dəstək sayəsində əldə olunan böyük qələbədir.
Çünki bir dövlətin siyasi, iqtisadi, mədəni, idman və s sahələrdə inkişafı bir-birilə vəhdət təşkil etdikdə ümumən dövlətin inkişafında və beynəlxalq imicinin formalaşmasında həlledici rol oynayır".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Pilotun xanımı:

Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - FOTOLAR

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Pediatr Mehriban Əliyevaya müraciət etdi:

Pediatr Mehriban Əliyevaya müraciət etdi: "Yersiz süni qida təyin edən həkimə cəza verilsin!"

"Aspor" idman kanalından Əbülfəz Elçibəyə böyük sayğı - VİDEO

Bakıda bazarda güclü yanğın başladı -

Bakıda bazarda güclü yanğın başladı - VİDEO

ADAU Şəmkirdə fermerlərə təlim keçib

ADAU Şəmkirdə fermerlərə təlim keçib

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı -

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı - TƏHLİL

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş –

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş – həm də 95 yaşında...

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə rəsmi münasibət-VİDEO

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur