“Qarabağ” bir azdan səfərdə Avroliqa matçına çıxır


“Qarabağ” bir azdan səfərdə Avroliqa matçına çıxır


Bu gün Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.

Turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" ilk oyun çərçivəsində Şimali İrlandiyada "Linfild"in qonağı olacaq.

Belfastdakı “Windsor Park” stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qarşılaşmanı isveçrəli hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Sxarer olacaq.

Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb - 0:0, 2:0. Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın “Dundalk” komandasından güclü olub - 1:1, 3:0. “Qarabağ” üçüncü mərhələdə səfərdə Kiprin APOEL komandasına ilk oyunda 2:1 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab matçında uduzaraq (0:2) qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb və mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.

Mübarizəyə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən başlayan “Linfild” əvvəlcə Farer Adalarının “Torshavn” komandasına (2:2, 1:0), daha sonra “Sutyeska”nı (Monteneqro) məğlub edərək (2:1, 3:2) pley-off mərhələsinə vəsiqə qazanıb.

Onu da qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.(Virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu