9 yaşlı gimnastımız erməniləri darmadağın etdi - FOTOLAR


9 yaşlı gimnastımız erməniləri darmadağın etdi -


Gürcüstanın Batumi şəhərində keçirilən açıq turnirdə Azərbaycandan olan gimnastlarımız öz rəqiblərini arxada buraxaraq sözün əsl mənasında yüksək peşəkarlıq nümayiş etdiriblər.



Belə ki, Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Qırxızıstan, Ermənistan komandalarının iştirak etdiyi turnirdə batut gimnastlarımız yarışın favorisinə çevriliblər. 9-10 yaşlı uşaqlar arasında ən güclülər müəyyənləşib. Batut gimnastikası üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika məktəbinin yetirməsi, Ammar Baxşalıyev istər yarımfinalda, istərsə də final çıxışlarında öz rəqibləri arasında üstünlüyü əldə etməyi bacarıb. Finalda erməni rəqibini mat vəziyyətinə salan həmyerlimiz I yerə layiq görülüb. Ammar Baxşalıyev ölkəmizdə aparılan uğurlu idman siyasətinə görə cənab Prezident İlham Əliyevə, gimnastlarımıza göstərdiyi diqqət və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, AGF-nin prezidenti Mehriban xanim Əliyevaya öz dərin təşəkkürünü bildirib. O həmçinin yığma komandanın baş məşqçisi Vladimir Şulikinə və şəxsi məşqçisi Abdulla Qasımova minnətdarlığını ifadə edib.

9 yaşlı gimnastımız erməniləri darmadağın etdi -
9 yaşlı gimnastımız erməniləri darmadağın etdi -
9 yaşlı gimnastımız erməniləri darmadağın etdi -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu