Prosineçki "Qarabağ"ı təbrik etdi


Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki “Qarabağ”ı təbrik edib.

Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis Topaz Premyer Liqasının XXXIV turu çərçivəsində mayın 16-da “Bakcell Arena”da keçirilən oyunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib, qızıl medalları rəsmiləşdirən Ağdam təmsilçisini təbrik edib, Çempionlar Liqasında uğurlar arzulayıb.

2013/14 mövsümündə də Azərbaycan çempionu olan “Qarabağ” ardıcıl 2-ci dəfə bu titulu qazanıb. Ümumilikdə isə 3 qat çempion olan ağdamlıların bu dəfəki uğuru Prosineçkinin Azərbaycan millisinin baş məşqçisi təyin olunmasından sonra ilk tituldu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu