Dünya çempionu jurnalistin idmançı oğlu ilə görüşdü


“Qismət olar səni böyük yarışlara məşqçi kimi mən hazırlayaram”

Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionu, dünya kubokunun qalibi cüdoçu Mövlud Mirəliyev balaca idmançı, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təmsilçisi Mirsamir Hüseynzadə ilə görüşüb.

AZNEWS.AZ xəbər verir ki, adlı-sanlı idmançımız balaca cüdoçuya bu idman növünün özəlliklərindən, özünün uşaqlıq illərindən və idmanın insanın həyatında oynadığı roldan danışıb. M.Mirəliyev balaca idmançının zəfərlərlə bol gələcəyinə inandığını bildirib və ona həm təhsildə, həm də idmanda uğurlar arzulayıb: “Arzum budur ki, sən mənim edə bilmədiyimi də edəsən – Olimpiya çempionu olasan. İnşallah qismət olar səni böyük yarışlara məşqçi kimi mən hazırlayaram. Sevinirəm ki, Azərbaycanda idmana maraq artır və arxamızca sənin kimi idmançılar gəlir”.

M.Hüseynzadə də öz arzusunu dilə gətirib: “Mən də sizin kimi çempion olmaq istəyirəm”.

Həm də Şəmkir Olimpiya Kompleksinin direktoru olan M.Mirəliyev balaca idmançıya cüdoya aid suvenirlər və kimono dəsti bağışlayıb.

Bakının 132-134 saylı Təhsil Kompleksinin şagirdi olan Mirsamir Hüseynzadə ötən ilin dekabr ayında özünün ilk yarışına çıxıb. O, DİN İdman Cəmiyyətləri birinciliyində 42 kq çəki dərəcəsində I yerin sahibi olub.

Qeyd edək ki, balaca çempion tanınmış jurnalist, azerfax.az saytının rəhbəri Nicat Dağların oğludur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu