Türkiyə Superliqasının bərpa tarixi məlum oldu


Türkiyə Superliqasının bərpa tarixi məlum oldu


Koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Superliqasının bərpa tarixi müəyyənləşib.

"Report"un məlumatına görə, oyunların başlayacağı vaxtı "A Spor" telekanalının müxbiri Turqay Demir canlı yayımda açıqlayıb.

O bildirib ki, çempionat matçları iyunun 12-dən etibarən start götürəcək və normal təqvimlə keçiriləcək.

Telejurnalistin sözlərinə görə, Superliqanın bərpası mümkün olmasa, mövsüm ləğv olunacaq.

Rəsmi qərarı az sonra Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir mətbuat konfransında açıqlayacaq.

T.Demir II və III liqalarda isə mövsümün vaxtından əvvəl başa çatdırılacağını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu