Məşhur məşqçi "Neftçi"yə gətirilir


Tanınmış məşqçi Valeri Qazzayev “Neftçi”yə baş məşqçi gətirilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, klubun yeni rəhbərliyi osetin mütəxəssislə danışıqlara başlayıb və ilkin nəticə müsbət olub. Yaxın günlərdə “Neftçi”nin baş məşqçisi Arif Əsədovun istefa verəcəyi və bundan sonra Qazzayevin Bakıya gələcəyi gözlənilir.

Qeyd edək ki, Valeri Qazzayev 1995-ci ildə “Alaniya”nı Rusiya çempionu edib. 5 il bu klubda çalışan mütəxəssis Moskva ÇSKA-sına da xeyli uğurlar qazandırıb. Onun son iş yeri isə Kiyev “Dinamo”su olub.
Onu da qeyd edək ki, V.Qazzayevin bir sıra azərbaycanlı futbol adamları, eləcə də “Neftçi”nin keçmiş baş məşqçisi, “Alaniya” çempion olarkən bu komandanın heyətində Rusiya bombardiri olan Nazim Süleymanovla sıx münasibətləri var. Məşqçi bir neçə gün öncə də Bakıya gəlmişdi. Amma onun gəlişinin məqsədi bəlli deyildi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu