"Benfika"nın baş məşqçisi istefaya göndərildi


 "Benfika"nın baş məşqçisi istefaya göndərildi


Brunu Laqe Portuqaliyanın "Benfika" futbol komandasının baş məşqçi postunu tərk edib.



"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 44 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub.

Laqe Lissabon təmsilçisinə 2018/2019 mövsümündə ölkə çempionluğu və 2019-cu ildə Superkubok qazandırıb.

Hazırda "Benfika" Portuqaliya çempionatında 2-ci yerdə gedir və lider "Portu"dan 6 xal geri qalır.

Qeyd edək ki, Brunu Laqeni Maurisio Potettinonun əvəzləyəcəyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu