Kriştanu Ronaldunun rekordu yeniləndi


Kriştanu Ronaldunun rekordu yeniləndi


Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Joelson Fernandeş İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunun rekordunu yeniləyib.



"Report"un məlumatına görə, hücumçu buna çempionatın XXIX turunda "Jil Visente" ilə matçda nail olub. Fernandeş 17 yaş 4 ay 3 günündə əsas komandada debüt edib.

Ronaldu isə "Sportinq"də İtaliya "İnter"inə qarşı 17 yaş 6 ay 9 günündə meydana çıxıb.

Qeyd edək ki, Kriştianu Ronaldu "Sportinq"də 25 oyuna 3 qol vurub. O, 2003-cü ildə "Mançester Yunayted"ə keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu