Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələlərinin püşkü atıldı


 Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələlərinin püşkü atıldı


Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirilib.



AFN apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir üç hissədən ibarət olub.

Öncə 1/4 finalın püşkü atılıb. Burada 4 klub və cavab oyunları hələ keçirilməyən 1/8 finalın 4 cütünün rəqibləri bəlli olub. Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək və bir qarşılaşmadan ibarət 1/4 görüşləri avqustun 12-15-də oynanılacaq.

Ardınca yarımfinal mərhələsinin püşkü atılıb. Həmçinin final matçının nominal meydan sahibi bəlli olub. Lissabondakı 1/2 final görüşləri avqustun 18-19-da, final 23-də baş tutacaq.

Çempionlar Liqası

1/4 final

“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) cütünün qalibi - “Lion” (Fransa) – “Yuventus” (İtaliya) cütünün qalibi
“Leypsiq” (Almaniya) - “Atletiko” (İspaniya)
“Napoli” (İtaliya) – “Barselona” (İspaniya) cütünün qalibi - “Çelsi” (İngiltərə) - “Bavariya”(Almaniya) cütünün qalibi
“Atalanta” (İtaliya) - PSJ (Fransa)

Yarımfinal

1-ci cütün qalibi – 3-cü cütün qalibi
2-ci cütün qalibi – 4-cü cütün qalibi

Final

6-cı cütün qalibi – 5-ci cütün qalibi

Qeyd edək ki, 1/8 final cütlərində cavab matçları avqustun 7-8-də keçiriləcək.

Avropa Liqasının 2019/20 mövsümünün Almaniyada təşkil olunacaq final mərhələsinin də püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərindəki tədbirdə bir oyundan ibarət olacaq 1/4 və 1/2 final mərhələlərinin, həmçinin final matçının püşkü atılıb.

Koronavirus pandemiyası üzündən Avropa Liqasının 1/8 final mərhələsi martda yarımçıq dayandırıldığından püşkatmada 8 cüt iştirak edib. Qonşu Türkiyənin təmsilçisi “Başakşəhər”in də mümkün rəqibləri bəlli olub. İstanbullular “Kopenhagen” səddini keçsə, LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) cütünün qalibi ilə üz-üzə gələcək.

1/4 final

“Volfsburq” (Almaniya) – “Şaxtyor” (Ukrayna) cütünün qalibi - “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) cütünün qalibi
LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) cütünün qalibi - “Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka) cütünün qalibi
“İnter” (İtaliya) – “Xetafe” (İspaniya) cütünün qalibi - “Reyncers” (Şotlandiya) – “Bayer” (Almaniya) cütünün qalibi
“Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə) cütünün qalibi - “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) cütünün qalibi

1/2 final

4-cü cütün qalibi - 2-ci cütün qalibi
3-cü cütün qalibi - 1-ci cütün qalibi

Final

5-ci cütün qalibi - 6-cı cütün qalibi

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları avqustun 5-6-da olacaq. Almaniyanın Köln, Duysburq, Düsseldorf və Helzenkirhen şəhərlərində baş tutacaq 1/4 final oyunları isə 10-11-də, 1/2 final 16-17-də, final 21-də keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu