"Qarabağ" Avroliqada ikinci oyununu keçirəcək


"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.



I qrupunda yer alan Ağdam klubu ikinci sınağında İspaniyanın "Vilyarreal" komandası ilə üz-üzə gələcək.

Ölkəmizdə hərbi vəziyyətlə bağlı olaraq görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Hər iki komandanın heyətində oyun öncəsi itkilər var. "Qarabağ"da Bədavi Hüseynov matçı buraxa bilər. Mahir Emreli və Maksim Medvedevin meydana çıxması da sual altındadır. "Vilyarreal"da isə Dani Parexo, Pervis Estupinyan və Jerar Moreno Azərbaycan çempionuna qarşı oynamayacaq.

Qurban Qurbanovun başçılıq etdiyi komanda qrupun ik oyununda İsraildə Təl-Əviv "Makkabi"sinə 0:1 hesabı ilə uduzub. La Liqa təmsilçisi isə evdə keçirdiyi görüşdə "Sivasspor"a qalib gəlib - 5:3.

Qeyd edək ki, "Vilyarreal" 3 xalla qrupun lideridir. Xalı olmayan "Qarabağ" isə 3-cü pillədə qərarlaşıb.

UEFA Avropa Liqası
Qrup mərhələsi
II tur

29 oktyabr
21.55 Qarabağ (Azərbaycan) - Vilyarreal (İspaniya)
Hakimlər: Pavel Orel, Petr Blazej, Jiri Krij
Dördüncü hakim: Andrey Pekanets (hamısı Çexiya)
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
UEFA nümayəndəsi: Anna Bordyuqova (Ukrayna)
İstanbul. "Başakşəhər Fatih Terim" stadionu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu