Fahişə övladının ataları siyahısında Balotellinin də adını çəkdi


İngiltərənin “Mançester Siti” klubunun və İtaliya milli komandasının futbolçusu Mario Balotelli Böyük britaniyalı fahişə, 23 yaşlı Cenni Tompsonun bu yaxınlarda doğulacaq övladının mümkün ataları siyahısına düşüb. Fanat.az xəbər verir ki, siyahıda 5 namizəd var.
Hamilə qalan Tompson doğacağı uşağın atasını aşkarlamaq üçün DNT testindən keçmək niyyətindədi. Onun müştəriləri sırasında İngiltərə millisinin və “Mançester Yunayted”in futbolçusu Ueyn Runi də olub.
Qeyd edək ki, Mario Balotelli yazda rəfiqəsi Raffaella Fikodan ayrılıb. Səbəb məhz Balotellinin Tompsonla əlaqələrinin üzə çıxması olub. Sonradan Fiko italiyalı futbolçudan hamilə qaldığını açıqlayıb.

Fanat.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu