"Ayaks"ın 11 futbolçusunda oyundan əvvəl koronavirus aşkarlandı


Niderlandın "Ayaks" klubunun 11 futbolçusu koronavirusa yoluxub.



"Report"un məlumatına görə, Amsterdam təmsilçisinin oyunçularının test nəticəsi Çempionlar Liqasının qrup mərhələsinin III turunda Danimarka "Midtüllann"ı ilə oyundan əvvəl müsbət olub.

"Ayaks" bu səbəbdən Danimarkaya 17 futbolçu ilə yollanıb.

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək "Midtüllann" - "Ayask" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu