"Makkabi"nin hücumçusu: "Əsas oyunumuzu "Qarabağ"a qarşı keçirəcəyik"


"Bu mövsüm liqada ən yaxşı oyunumuzu keçirdik. Qələbə Avropa Liqasının qrup mərhələsində İspaniya "Vilyarreal"ı görüşdəki heç-heçədən (1:1) daha vacib idi".

"Report" "One" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri İsrail Makkabisinin (Təl-Əviv) futbolçusu Yonaten Kohen ölkə çempionatının VIII turunda Kfar-Saba “Hapoel”ini 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

24 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə bunları söyləyib: "Həmin vaxt bizim əsas oyunumuz olacaq. Qələbə sayəsində 10-cu xalımızı qazanacağıq və növbəti mərhələ şansını artıracağıq. Bu, bir çox oyunçumuz üçün böyük an ola bilər. "Qarabağ"la görüşdəki qələbə işin gözəl tərəfi olacaq".

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Ağdam klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu