"Real Madrid" antirekorda imza atdı


İspaniyanın "Real Madrid" klubu Çempionlar Liqasında antirekorda imza atıb.



"Report"un məlumatına görə, V turda Ukraynada Donetsk "Şaxtyor"una 0:2 hesabı ilə uduzan Madrid təmsilçisi tarixdə ilk dəfə qrup mərhələsinin 5 matçında 9 qol buraxıb.

Zinəddin Zidanın baş məşqçi olduğu komanda daha əvvəl iki dəfə İtaliya "İnter"ini 3:2 və 2:0 hesabı ilə məğlub edib, Almaniyanın "Borussiya" (Monhenqladbax) komandası ilə 2:2 hesablı bərabərə qalıb, "Şaxtyor"a isə 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, hazırda "Real Madrid" qrupda 7 xalla üçüncü pillədədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu