"Neftçiyə" yeni baş məşqçi təyin edildi


"Neftçi" futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə klubun rəsmi saytında məlumat verilib. Bildirilir ki, iclas Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi altında baş tutub.

Toplantıda klubun gələcək fəaliyyəti, perspektiv planlar, seleksiya prosesi və "Neftçi"nin Avropa Liqasındakı çıxışı ilə bağlı ətraflı müzakirələr aparılıb. Klubun Avstriyada keçiriləcək təlim-məşq toplanışına və Avropa Liqasının təsnifat mərhələsi oyunlarına baş məşqçi Samir Əliyevin rəhbərliyi altında çıxması barədə qərar qəbul edilib.

Qeyd edək ki, "Neftçi"nin Müşahidə Şurası Azərbaycan Kubokunun finalında "Qarabağ"a 1:3 hesablı məğlubiyyətdən sonra Arif Əsədovun baş məşqçi vəzifəsindən istefaya göndərilməsi barədə qərar qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu