Tokio Olimpiadasının təxirə salınması 2,8 mlrd. dollara başa gələcək


Yaponiya paytaxtının səlahiyyətliləri Tokio-2020-nin təşkilat komitəsi və Yaponiya hökuməti Tokio Yay Olimpiya Oyunlarını 2020-ci ildən 2021-ci ilə keçirmək üçün tələb olunan 294 mlrd. yen (təxminən 2,8 mlrd. ABŞ dollar) məbləği razılaşdırıb.



"APA-Economics" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, bu məbləğin 96 mlrd. yeni (təqribən 923 mln. dollar) yarışlarda koronavirusa yoluxmanın qarşısını almaq üçün tədbirlərə yönəldiləcək. Məsrəflərin böyük hissəsini – 120 mlrd. yeni (1,1 mlrd. dollar) Yaponiya paytaxtının səlahiyyətli orqanları tərəfindən qarşılanacaq. Bundan başqa, 103 mlrd. yen (990 mln. dollar) təşkilat komitəsi, 71 mlrd. yen (682 mln. dollar) Yaponiya hökuməti tərəfindən ödəniləcək.

Tokio Olimpiadası bu ilin 24 iyul – 9 avqust tarixlərində keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən yarışlar bir il təxirə salındı. Olimpiya oyunları 2021-ci ilin 23 iyul – 8 avqust tarixlərində keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu