“Çelsi” liderliyə yüksəlib, mançesterlilər aktivinə 3 xal yazıb


İngiltərə Premyer Liqasında XI tur başlayıb.

Apasport.az saytının məlumatına görə, tur çərçivəsində 4 matç baş tutub.

Mançester təmsilçiləri günü qələbə ilə başa vurub. “Mançester Yunayted” “Vest Hem”ə, “Mançester Siti” “Fulhem”ə qalib gəlib.

“Lids” üzərində əzmkar qələbə qazanan “Çelsi” turnir cədvəlində liderliyə yüksəlib. “Bernli”nin qonağı olan “Everton” xal itkisi ilə üzləşib.

Qeyd edək ki, tura dekabrın 7-də yekun vurulacaq.

İngiltərə Premyer Liqası
XI tur
“Bernli” – “Everton” – 1:1
Bredi, 3 – Kalvert-Levin, 26
“Mançester Siti” – “Fulhem” – 2:0
Sterlinq, 5, De Breyne, 26 (pen.)
“Vest Hem” – “Mançester Yunayted” – 1:3
Souçek, 38 – Poqba, 65, Qrinvud, 68, Reşford, 78
“Çelsi” – “Lids” – 3:1
Jiru, 27, Zuma, 61, Pulişiç, 90+3 – Bemford, 4



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu