“Partizan” – “Neftçi” oyunu çex hakimə tapşırıldı


“Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki oyununu idarə edəcək baş hakim müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA komandamızın oyununu çex referiyə tapşırıb.
Belə ki, sentyabrın 20-də baş tutacaq “Partizan” – “Neftçi” qarşılaşmasında Libor Kovarik fit çalacaq. Belqarddakı “Partizan” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.
1976-cı il təvəllüdlü Kovarik 2006-cı ilin yanvar ayından FİFA referisi statusu daşıyır. Cari mövsümdə o, Avropa Liqasının təsnifat mərhələlərinin üç oyununu idarə edib. “Maritimo” – “Dila”, “Lex” – AİK və “Skonto” – “Hayduk” oyunlarında fit çalan çex referi 15 sarı vərəqə göstərib. Çexiya çempionatında idarə etdiyi 4 qarşılaşmada isə 19 sarı və 2 qırmızı vərəqədən yararlanıb.
2011-ci ildə Avropa Liqasının qrup mərhələsinin “Maribor” – “Brügge” və “Makkabi” (Hayfa) – AEK, 2010-da isə “Manester Siti” – “Salzburq” və “Zenit” – “Hayduk” matçınlarını idarə edib. Ötən il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Andorra – İrlandiya matçında ədaləti qoruyan Kovarik həm bu turnirin, həm də Avropa Liqası və Çempionlar Liqasının bir çox matçına dördüncü hakim kimi təyinat alıb.
Fanat.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu