AZAL-dan Avropa Oyunlarına gələcək xaricilərə böyük hədiyyə


“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıda keçiriləcək I Avropa Oyunlarında akkreditasiyadan keçmiş xarici ölkə vətəndaşları üçün xüsusi aksiyanın başlamasını elan edir.

AZAL-ın Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, xarici ölkə vətəndaşları I Avropa Oyunlarına akkreditasiya buraxılışını (beyc) təqdim etməklə bu ilin sonunadək AZAL şirkətinin bütün reyslərinə biletləri 50% endirimlə əldə edə biləcəklər.

Qonaqlar akkreditasiya vərəqələrini saxlayaraq yenidən Azərbaycana səfər edə biləcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu