"Neftçi"nin futbolçuları və əməkdaşları "YAŞAT" fonduna pul köçürdü


"Neftçi" klubunun əməkdaşları və futbolçuları ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna ianə edib.



"Report"un məlumatına görə, onlar Fondun hesabına 20 min manat məbləğində pul vəsaiti köçürüblər.

Bundan əlavə, paytaxt təmsilçisinin üzvləri müharibə vaxtı da cəbhəyə yardım ediblər, həmçinin ehtiyacı olan şəhid ailələrinin evlərinin təmir olunmasında və digər ehtiyaclarının qarşılanmasında yardımçı olublar.

Qeyd edək ki, "YAŞAT" Fondu ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu