AFN.AZ / "Mənim yaşadığım məhəllədə əksəriyyət "Qalatasaray"lı idi"

"Mənim yaşadığım məhəllədə əksəriyyət "Qalatasaray"lı idi"

"Galatasaray"ın yarımmüdafiəçisi Naycel de Yonq yerli mətbuata maraqlı açıqlamalar verib. Goal.az xəbər verir ki, hollandiyalı havbek öncə futbola uşaq yaşlarından maraq göstərməsindən danışıb.

"4-5 yaşımdan ayağımda top var. Uşaq yaşlarımda evdəki tennis topları ilə oynayırdım. 6 yaşımda futbol məktəbinə getmişəm. Məşq və oyunlarla orada tanış oldum. Dostlarımla evin içində futbol oynardıq.

"Hamburg"da 3 aydır oynayırdım. Baş məşqçi Huub Stivens məni otağına çağırdı. Həmin vaxtlar vinger və ya hücumçuların arxasında yer alırdım. Stivens mənə dedi ki, daha çox dayaq yarımmüdafiəçisinə uyğun gəlirəm. Mən də onun fikirlərinə pozitiv baxdım".

De Yonq çılğın türkiyəli azazrkeşlər barədə bunları deyib: "Amsterdamda xeyli türk yaşayır. Ya "Galatasaray", ya da "Fenerbahçe" azarkeşləridir. Bu rəqabət mənzillərin blokuna qədər yayılmışdı. Gənc olanda izlədiyim "Galatasaray"ın matçlarını xatırlayıram. Xüsusilə 2000-ci il UEFA Kubokunu qazanan heyəti indi də sadalaya bilərəm. Mənim yaşadığım məhəllədə əksəriyyət "Galatasaray"lı idi. Bu klubla müqavilə imzalayanda hamısı sevinmişdi. Buraya gəlməyimdə Sneyderin də rolu var. Bir-birimizi uzun zamandır, tanıyırıq. Həyat yoldaşlarımız da rəfiqədir. Ueslinin burada olması mənim həm futbolçu, həm də insan kimi adaptasiyama müsbət təsir edir. Çünki Türkiyədə fərqli mədəniyyət var".(milli.az)
3-01-2017, 18:13
Geri qayıt